Мы доставляем вам продукт — вы делитесь своим мнением!
Азербайджан Список городов
Пол women
Период акции Mart 2015-May 2015
Age 18-21 years old

FAQ

Layihədə kim iştirak edə bilər?

Bizim layihəmiz 18-25 yaş arası, Bakıda yaşayan, aktiv həyat tərzi keçirən, özünü istənilən vəziyyətdə sərbəst hiss etmək istəyən qızlar üçündür. Onlar hədiyyələri 15 rəfiqə arasında paylaşmağa hazırdırlar.

 

Qeydiyyatdan keçdim, bəs sonra?

Agentimiz olduğunuz üçün təşəkkür edirik!

Agent yığımı 8 aprel 2015-ci ilə qədər davam edəcək. Bu vaxta qədər moderator anketdə qeyd etdiyiniz telefonla sizə zəng vuracaq, zəruri məlumatları, məsələn dəsti göndərmək üçün ünvanı dəqiqləşdirəcək.  

Diqqətinizə çatdırırıq ki, agentlərlə əlaqə yalnız telefonla həyata keçirilir, buna görə də nömrənizi qeyd etməsəniz və ya nömrə yanlış olsa, siz layihədə iştirak edə bilməyəcəksiniz. Aktual mobil telefonlarınızı verməyi xahiş edirik.

Nə qədər ki gözləyirsiniz, buradan  xəbərləri izləyin.

 

Mənə zəng vurdular, lakin dəstəyi götürməyə çatdırmadım. Nə edim?

Narahat olmayın, istənilən halda sizə təkrar zəng edəcəklər. Ola bilsin ki, səhəri gün. Əgər 3 gündən çox sizə zəng vurmasalar, bu ünvana yazın: varvara@buzzaar.eu.

 

Əgər 5 gün ərzində sizə zəng çatmasa, təəssüf ki, sizin iştirakınız rədd ediləcək.

 

Necə bilim ki, məni layihədə iştirak üçün təsdiq ediblər?

Yekun təsdiq əlaqə üçün göstərdiyiniz elektron ünvanınıza məktubla göndəriləcək. Məktub-bildiriş SPAM-a düşməsin deyə, bizim emaili öz ünvan kitabçanıza əlavə edin – varvara@buzzaar.eu.  

 

Çox vaxt keçib, amma mənimlə əlaqə saxlamayıblar. Nə edim?

Xatırladırıq ki, agent yığımı 8 aprel 2015-ci ilə qədər davam edəcək. Əgər siz agent seçilsəniz, sizə mütləq zəng vuracaqlar. Bundan başqa, düzgün əlaqə məlumatları qeyd etdiyinizdən əmin olun.

 

Mənə zəng vurub layihə haqqında suallar verirlər. Mən nə edim?

Buzz-kit (hədiyyə dəsti) çatdırılmazdan əvvəl moderator sizinlə əlaqə saxlayacaq, qoyduğunuz nömrənin, ünvanın, eləcə də anketin düzgünlüyünü yoxlayacaq. Tanış olmayan nömrədən zəng alacağınıza hazır olun.  

 

Buzz-kit-ə (hədiyyə dəstinə) nə daxildir?

 

Agent üçün

  1. Bir bağlama Libresse Normal (10 ədəd)
  2. Bir bağlama Libresse Everyday
  3. Libresse məhsullarının təsvir olunduğu broşür
  4. Fotolar üçün cəsarətli maskalar
  5. «Bük.Sıx.Hazırdır» bloknotu

 

Rəfiqələrin üçün 15 dəst, onlardan hər birində:

  1. Libresse Normal bez bağlamaları (10 ədəd)
  2. Libresse Everyday bağlamaları
  3. Libresse məhsullarının təsvir olunduğu broşür

 

Nəyə görəsə pul ödəməliyəmmi?

Xeyr, heç nə ödəmək lazım deyil. Buzzaar yeni məhsulları səmimi fikrinin müqabilində pulsuz göndərir!

 

Çatdırılma necə həyata keçiriləcək?

Buzz-kit-i kuryer düz sizin əlinizə gətirəcək. Çatdırılma ev və ya iş ünvanına həyata keçirilə bilər. Adətən çatdırılma həftənin iş günləri, bazar ertəsindən cümə gününə qədər saat 10:00-dan 19:00-a qədər həyata keçirilir. Ünvanınızı moderatora verərkən bunu nəzərə alın.

Diqqət yetirin ki, çatdırılma yalnız şəhər daxilində həyata keçirilir. Əgər şəhərdən kənarda və ya bölgədə yaşayırsınızsa, bağlamanı şəhərdən özünüz götürə bilərsiniz. Bunu moderatorla razılaşdırın.

Bəzən kuryerlə şəxsi razılaşma əsasında çatdırılma istirahət günlərində də, başqa ünvana da çatdırılır və ya vaxtı dəyişdirilir. Bütün bu sualları kuryerə ünvanlamaq lazımdır. Xahiş edirik, kuryerin zəngini ötürməyin, razılaşdırılmış vaxtda həmin ünvanda olun, əks təqdirdə Buzz-kit-in çatdırılması mümkün olmayacaq.

 

Mən kuryerlə danışdım, lakin çatdırılma baş tutmadı – zəngə cavab verə bilmədim, ya da zəngi və razılaşdırılmış çatdırılma vaxtını buraxdım. Nə edim?

Əgər çatdırılma vaxtı və günü agentlə razılaşdırılıbsa, lakin o evdə olmayıbsa və telefon zənginə cavab verməyibsə - ya təkrar çatdırılmanı ödəməlidir, ya da bağlamanı kuryer xidmətinin ofisindən almalıdır.

Əgər belə bir hal baş veribsə, təfərrüatları bu ünvandan öyrənə bilərsiniz: varvara@buzzaar.eu.

 

Mənim əvəzimə kimsə bağlamanı ala bilərmi? (dostum/bacım və s.)?

Bəli, çatdırılmazdan əvvəl bunu moderatora xəbər verin. Buzz-kit yalnız Buzzaar agenti üçün nəzərdə tutulmuşdur, bağlamanı yalnız siz açmalısınız. Alan şəxsi xəbərdar edin ki, moderator və kuryer onunla əlaqə saxlayacaq.

 

Bağlamanı aldım, bəs sonra?

Təbrik edirik! Mini-dəstləri rəfiqələrinizlə paylaşmağın, eləcə də yeni məhsulu özünüzün sınaqdan keçirməyinizin əsl vaxtıdır! Mini-dəstləri verdiyiniz anın fotoşəklini çəkməyi unutmayın, onlar hesabat doldurarkən lazım olacaq.

 

Necə bir hesabat təqdim etməliyəm?

Hesabat üç mərhələdən ibarətdir:

- Birinci mərhələyə məhsul barədə fikrinizin sosial şəbəkədəki səhifənizdə (Vkontakte, Facebook, Twitter, Instagram) və ya bizim bloqda yerləşdirilməsi daxildir. Aldığınız məhsulun fotoşəkilləri, eləcə də mini-dəstlər əldə edən dostlarınızın fotoşəkillərini qeydə əlavə etməlisiniz. Qrup şəkillərinizi göndərəndə çox bəyənirik. #buzzaar #Libresse #Livefearless haştaqlarını əlavə etməyi unutmayın.

- İkinci mərhələ saytımızdakı sual-cavabı doldurmaqdır, orada məhsul, onun xassələri və ümumilikdə layihələr barədə suallar var. Narahat olmayın, bu çox vaxt aparmayacaq. «Hesabat» bölməsinə keçərək onu doldurmaq olar. Hesabata mini-dəstləri hədiyyə etdiyiniz dostlarınızın fotosu, Buzz-kit-lə fotolarınız və layihənin mövzusuna uyğun digər fotolarınız yer alan linki əlavə edin.

 

Fotoşəkillərdə nə olmalıdır?

Əlinizdə Buzz-kit tutaraq şəklinizi çəkə bilərsiniz. Həmçinin rəfiqələrinizə institutun/universitetin divarları arasında verdiyiniz hədiyyələrlə onların şəklini çəkə bilərsiniz. Birgə şəkillər də dəstəklənir.

 

Layihədə iştirak etmək fikrindən daşındım, kimə xəbər verim?

Buna görə çox təəssüf edirik. İştirakdan imtina haqqında bu ünvana yazın: varvara@buzzaar.eu. Biz gələcəkdə də sizə yeni məhsulları təqdim etmək istəyərdik!

 

Sayta daxil ola bilmirəm. Kimə müraciət edim?

Sayta girişlə bağlı problemləriniz yarandısa, bu ünvana müraciət edin: varvara@buzzaar.eu,  logininizi qeyd etmiş olun.

 

Hesabatı göndərməsəm nə baş verəcək?

Biz layihənin şərtlərini sizə xatırladacayıq. Onları yerinə yetirməkdən imtina etsəniz biz akkauntunuzu kilidləyəcəyik və siz gələcək layihələrdə iştirak edə bilməyəcəksiniz.

 

Yenə suallarınız qaldı?

Onları bu ünvana göndərin – varvara@buzzaar.eu, mövzu yerində layihənin adını yazın.